ABŞ-da iki təyyarə toqquşdu - FOTO

ABŞ-ın Detroyt şəhərinin beynəlxaq hava limanında iki "Boeing-737" təyyarəsi uçuş zolağında toqquşub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, fövqəladə hadisə nəticəsində heç kim zərər görməyib. Bu barədə hava limanının nümayəndələri xəbər verib.

Hava limanının rəsmiləri uçuş zolağında toqquşan təyyarələrdən birinin "American Airlines" digərinin isə "Southwest Airlines" şirkətlərinə məxsus olduğunu bildirib.
Laynerlərdən birinin qanadı ikincinin isə quyruq hissəsi zədələnib. Təyyarələr daxili reysləri yerinə yetirirmiş.
Hadisə zamanı təyyarələrin göyərtəsində sərnişinlər olub. Qəza zamanı yanacaq sızması qeydə alınmayıb. Qəzanın səbəbi hələlik məlum deyil.

Analoji hadisə keçən il Rusiyanın Xabarovsk hava limanında baş verib. "Aeroflot" aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb.
Moskvaya uçuş həyata keçirməli olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub. Sərnişinlərin hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndərildiyi açıqlanıb.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












