ABŞ-da qatar relsdən çıxdı, tonlarla yanacaq ətrafa dağıldı - VİDEO
Qəzalar
25 Yanvar 2021 18:45
Oxunub 1234
ABŞ-da yük qatarının yeddi vaqonu relsdən çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
“FOX19” kanalının məlumatına görə, hadisə Sinsinnati dəmir yolu körpüsündə baş verib.
Bildirilir ki, qatar uzaqdan idarə olunurdu, lokomotivin salonunda sürücü olmayıb.
Eyni zamanda, təxminən min qallon (4,5 min litr) dizel yanacağı küçəyə axıb.
Yanğınsöndürənlər daha çox yanacaq tökülməsinin qarşısını almaq üçün əllərindən gələni edirlər.
Hadisənin səbəbləri araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR