ABŞ-da qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb. Bu barədə "NBC" telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb. O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır. Makmasterin sözlərinə görə, hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb.
Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.
***18:24
ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 70 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı Leksinqton dairəsi şerifinin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub. "CNN" telekanalı isə hadisə zamanı 2 nəfərin öldüyünü xəbər verib. Qəzanın təhqiqatı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən aparılacaq.
Qeyd edək ki, ilkin məlumatda qəza zamanı 50 nəfərin xəsarət aldığı bildirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












