Yarış zamanı təyyarə qəzaya uğradı, pilot həlak oldu - VİDEO
Qəzalar
19 Sentyabr 2022 13:58
Oxunub 754
ABŞ-ın Nevada ştatının Reno şəhərində təyyarə qəzaya uğrayıb.
Hadisə illik Reno Hava Yarışları zamanı baş verib. Qəzada təyyarənin pilotu həlak olub.
Bu barədə Reno Hava Yarışları Assosiasiyasının rəsmi “Twitter” hesabında məlumat verilib.
“Biz təsdiq edə bilərik ki, yarış zamanı ölümlə nəticələnən qəza baş verib”, - deyə məlumatda bildirilib.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və ABŞ Mülki Aviasiya Federal Administrasiyası qəzanın araşdırılması üzrə işlərə başlayıb.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR