ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğradı

ABŞ-ın Miçiqan ştatı, Bat Taun şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan hər üç sərnişin dünyasını dəyişib.
Avtosfer.az xəbər verir ki, qəza Clark Road və Peacock Road kəsişməsində, saat 17:00 radələrində baş verib. Hadisə yerində sərnişinlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Yerli medianın yayımladığı fotolarda təyyarənin düşdüyü sıx meşəlik ərazidən güclü tüstü və yanğının yüksəldiyi əks olunub.
Şəhər rəsmiləri bildiriblər ki, qəzanın səbəbləri hələlik məlum deyil və Federal Aviasiya Administrasiyasının (FAA) nümayəndələri araşdırmaya dəstək üçün hadisə yerindədir.
Bat Taun şəhərinin 2020-ci il siyahıyaalınmasına görə cəmi 2,841 nəfər əhalisi var. Qəza ilə bağlı yollar bağlandığı üçün sakinlər və sürücülər təhlükəsizlik məqsədilə qəza yerindən uzaq durmağa çağırılıb.
Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO












