ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR

Los-Ancelesdə yol qəzasını işıqlandıran jurnalistləri daşıyan televiziya stansiyasına məxsus vertolyot qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, “NBC News”un məlumatına görə, hadisə çərşənbə axşamı Los-Ancelesin şimal-qərbində yerləşən Çatsvort məhəlləsində baş verib. Jurnalistlər ərazidə başqa bir yol qəzasını işıqlandırırdılar.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin məlumatına görə, vertolyotun qəzaya uğraması nəticəsində üç nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəza San Fernando Vadisində yerləşən Çatsvort ərazisindəki anbar kompleksinin yaxınlığında və ya ərazisində baş verib. “NBC Los Angeles”un məlumatına görə, qəzaya uğrayan vertolyot xəbər stansiyasına məxsus olub.
Yanğınsöndürənlər hadisə yerinə çatdıqda vertolyotun alov içində olduğunu görüblər. Alov yaxınlıqda park edilmiş bir neçə avtomobilə də keçib. Üç nəfər hadisə yerində ölüb, daha bir nəfər isə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə məlumat verilməyib.
Los-Anceles Yanğından Mühafizə İdarəsinin kapitanı Branden Silvermanın sözlərinə görə, vertolyot qəzaya uğlayarkən qurbanlardan ən azı biri yerdə, piyada olub.
Qəza eyni ərazidə baş verən digər ciddi yol qəzasından qısa müddət sonra qeydə alınıb. Saat 17:03-də Nordhoff küçəsində Los-Anceles Metrosuna məxsus avtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yanğınsöndürənlər qəza yerinə gələrək avtomobildə sıxışıb qalan şəxsləri xilas edib və avtobus sərnişinlərinə tibbi yardım göstəriblər.
Silverman bildirib ki, vertolyot qəzası barədə məlumat saat 19:00-dan qısa müddət sonra daxil olanda yanğınsöndürənlər və polis əməkdaşları artıq yaxınlıqda olublar. Bu səbəbdən onlar qısa müddətdə vertolyotun qəza yerinə çatıblar.
Vertolyotun qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib. Hadisəni Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) araşdıracaq.
Los-Anceles meri Karen Bass hadisə ilə bağlı qurbanların ailələrinə başsağlığı verib və təcili yardım xidmətlərinin operativ reaksiyasına görə təşəkkür edib.
“Bu axşam Çatsvortda baş verən insan itkisindən tamamilə sarsıldım. Ürəyim faciəli avtobus toqquşması və vertolyot qəzasında həlak olanların ailələrinə və yaxınlarına kədərlənir”, – mer bildirib.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












