ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu - VİDEO - YENİLƏNİB

Vaşinqtonda təyyarənin qəzaya uğradığı ərazidən 30-dan çox qurbanın cəsədi çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
"Toqquşmadan sonra "American Eagle" təyyarəsinin qalıqlarının və hərbi helikopterin düşdüyü Potomak çayından 30-dan çox cəsəd çıxarılıb", - məlumatda deyilir.
Məlumata görə, xilasetmə əməliyyatı gecə boyu davam edib.
Sərnişin təyyarəsi Amerikanın ən böyük aviaşirkəti olan "American Airlines"a məxsus olub. Təyyarədə olan dörd ekipaj üzvü və 60 sərnişinin hamısının öldüyü deyilir.
Hərbi helikopterdə olan üç ekipaj üzvünün də həlak olduğu bildirilir.
***
Vaşinqtonda qəzaya uğrayan Bombardier CRJ700 təyyarəsinin 18 sərnişininin meyiti çaydan çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə CBS rəsmilərə istinadən məlumat yayıb.
***
Vaşinqtonda “Bombardier CRJ700” sərnişin təyyarəsi ilə “Sikorsky H-60” hərbi helikopteri toqquşub.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ronald Reyqan hava limanının yaxınlığında, təyyarə eniş etməyə hazırlaşarkən qeydə alınıb.
Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. “NBC”nin məlumatına görə, çaydan 4 nəfər çıxarılıb və xəstəxanaya çatdırılıb.
Təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.
İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar var. Bununla yanaşı, insidentdən sonra aeroportun fəaliyyəti dayandırılıb.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












