ABŞ-də təyyarə qəzasında iki nəfər öldü

ABŞ-nin Texas ştatının Fort-Uert şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Dallas Morning News" məlumat yayıb.
Məlumata görə, təyyarə sənaye zonasında dayanacağa və oradakı bəzi avadanlıqlara çırpılıb, sonra alovlanıb.
Nəqliyyat Təhlükəsizliyi Milli Şurası "Beech King Air C90" turbovintli təyyarənin qəzasını araşdırdığını açıqlayıb. Bu model iki ekipaj üzvü və beş sərnişin üçün nəzərdə tutulub.
Təyyarənin göyərtəsində olan insanların sayı və qəzanın ehtimal olunan səbəbləri hələ açıqlanmır.
***
ABŞ-nin Texas ştatının Fort-Uert şəhərindəki Hiks hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli "Fox 4" telekanalı xəbər yayıb.
Məlumata görə, qəza yerində bir neçə yük maşını yanıb.
Qəzanın səbəbləri və mümkün tələfatla bağlı hələ heç bir məlumat yoxdur.(report)
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












