Abşeronda ağır qəza: 5 yaralı

Masazır qəsəbəsində sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Duz gölü"nün yaxınlığında baş verib.
Belə ki, 1984-cü il təvvəllüdlü Pavel Vitroviçin idarə etdiyi 10 LS 021 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik maşını ilə əks yolda hərəkət edərkən Baxışov İlqar Xalid oğlunun idarə etdiyi "Daewoo" markalı minik avtomobili toqquşub. Nəticədə "Daewoo"nun sürücüsü İ.Baxışov, sərnişinlər 1960-cı il təvvəllüdlü Səmədov Şahlar Mədət oğlu, 1983-cü il təvvəllüdlü Nəsirli Mais Hacıəli oğlu və onun övladları - 11 yaşlı Nəsirli Yusif Mais oğlu, 14 yaşlı Nəsirli Əli Mais oğlu ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. "BMW" markalı avtomobilin sürücüsü Pavel Vitroviç isə Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Y. Nəsirlinin vəziyyəti olduqca ağırdır. Onun beyin nahiyəsi zərbədən açılıb.
Yusif Nəsirli və qardaşı Əli Nəsirli güləşlə məşğul olur, hadisə vaxtı onlar idmandan qayıdırmış.
Abşeron Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları hadisə yerində olub. İlkin araşdırmalar zamanı qəzaya səbəb kimi "BMW" markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuya getməsi göstərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












