Abşeronda avtobus piyadanı vurub öldürüb – FOTO+VİDEO
Qəzalar
27 Yanvar 2016 12:26

Faktla bağlı araşdırma aparılır
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Nübar qəsəbəsində 110 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub. Hadisə yerinə təcili yardım çağırılıb. Ağır yaralı piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hazırda dünyasını dəyişən qadın piyadanın kimliyi polis əməkdaşları tərəfindən müəyyənləşdirilir. Hadisəni törədən 110 saylı marşrut avtobusunun sürücüsü polis tərəfindən saxlanılıb. O, ifadəsində yolun qaranlıq olması səbəbindən qarşısına çıxan piyadanı görmədiyini bildirib. Avtobus cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Oxunub : 1730
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
ŞƏRH YAZ














