Abşeronda avtobus qəzasında xəsarət alan şəxsin durumu AÇIQLANDI - YENİLƏNİB

“Qobu qəsəbəsində sərnişin avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Məlumatda qeyd olunub ki, 16.05.2024-cü il tarixində saat 12 radələrində Qaradağ-Lökbatan ərazisindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub:
“Xəsarət alan şəxs (qadın cinsli) üzün sağ gözətrafı çapılmış və kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə daxil olan zərərçəkənə ilkin tibbi yardım göstərilib, digər müayinələr üçün Respublikası Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərildikdən sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb”.
***
09:35
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Qobu qəsəbəsində sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Mehriban Nadir qızı Sultanova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
(report)
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var
Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - FOTO - VİDEO
Gəncədə avtomobil yaşayış binasına çırpıldı - FOTO - VİDEO
Bibiheybət məscidinin qarşısında dəhşətli qəza; motosikletlə avtomobil toqquşdu - VİDEO








