Banner

Abşeronda avtomobil aşdı - sürücünün bacısı öldü, 2 nəfər yaralandı - VİDEO

Qəzalar 20 May 2021 19:35 Oxunub 1620
Abşeronda avtomobil aşdı - sürücünün bacısı öldü, 2 nəfər yaralandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeronda avtomobil maneəyə çırpılıb, nəticədə sürücünün bacısı dünyasını dəyişib. Lənkəranda isə  piyadanın ölümü ilə nəticələnən  yol qəza hadisəsi  baş verib.

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb. Yol-nəqliyyat hadisəsi şossenin Abşeronun Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb. 

Elnur Ağayev  avtomobilini idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücünün bacısı 29 yaşlı  Sürəyya Səlimova hadisə yerində ölüb. Sürücü Elnur Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.

Lənkəranda isə piyadanın ölümü ilə nəticələnən  yol qəza hadisəsi  baş verib.

Rayonun Şağlaser kəndində  avtomobil Ağaziyad Əliyevi vurub. Minik avtomobilinin sürücüsüsü  piyadanı  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, xəsarət alan 57 yaşlı kişi yolda keçinib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh