Abşeronda bir piyadanı iki maşın vuryub öldürdü - FOTO+VİDEO

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi "50-CV-299" dövlət qeydiyyat nişanlı "Mercedes A Class" markalı avtomobil tərəfindən vurulub. Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan "90-TF-811" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ




















