Abşeronda QƏZA: Yük maşını yaşayış evinin DİVARINA ÇIRPILDI - FOTO

Abşeron rayonunun Məmmədli qəsəbəsində yük maşını yaşayış evinin divarına çırpılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə qəsəbənin Hüseyn Rəhmanov küçəsində qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev faktı təsdiqləyib.
"Yol-nəqliyyat hadisəsi fevralın 28-i saat 6:30 da baş verib. Belə ki, 77-SQ-516 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü Teymur Ruslan oğlu Rzazadə yerin sürüşkən olması səbəbindən sərt döngədə idarəetməni itirib və qarşıdan gələn avtobusla toqquşmamaq üçün sükanı çevirib. Nəticədə nəqliyyat vasitəsi yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində sürücü ayağından yüngül dərəcədə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır", - deyə açıqlamasında bildirilir.



Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ - YENİLƏNİB
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO











