Abşeronda yanacaqdoldurma məntəqəsi ərazisində qəza: Dizel ətrafa dağıldı - VİDEO

Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan MAN markalı yanacaqdaşıyan avtomobil ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərlə ərazidə mümkün yanğın-partlayış təhlükəsi aradan qaldırılıb.
Şəkidə qəza: “VAZ” və “BYD” toqquşdu - VİDEO
Ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Nərimanovda faciəvi şəkildə ölən 19 yaşlı Ramalın FOTOLARI
Bakı-Qazax magistralında zəncirvari qəza: Üç nəqliyyat vasitəsi toqquşdu - VİDEO
Öz yoluyla gedən motosiklet sürücüsünü maşın vurub öldürdü - REAL VİDEO
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi - FOTO - VİDEO - YENİLƏNİB
Motosiklet avtomobillə toqquşdu - 19 yaşlı oğlan öldü
Sərxoş sürücü piyada keçidində ana və uşaqlarını vurdu – VİDEO
Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qarlı havada iki “VAZ” toqquşdu, biri dərəyə düşdü - VİDEO
Qaraçuxurda qəza: “Nissan”la toqquşan “Chevrolet” aşdı - VİDEO











