Maşının qarşısına it çıxdı; mühəndis qəza törətdi - FOTOLAR

Qəzalar 17 Fevral 2026 14:41
Maşının qarşısına it çıxdı; mühəndis qəza törətdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun xidməti avtomobillə qəza törətməsi ilə bağlı iddialar yayılıb.  Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilə ziyan dəydiyi, işıq dirəyinin aşdığı bildirilir. Məsələ ilə bağlı ADY-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq belə bir qəzanın baş verdiyi təsdiqləndi və faktla bağlı araşdırma aparıldığı əlavə edildi: “Gəncə Lokomotivlərin Təmiri Deposunun böyük mühəndisi Tərlan Əhmədovun 13 fevral tarixində axşam saatlarında Zülfü Hacıyev küçəsi 1 ünvanında, Qərb vaqon deposunun yaxınlığında idarə etdiyi GWM markalı 77-YT-473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qəza törətməsi ilə bağlı aparılan araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb avtomobilin qarşısına qəfil it çıxması olub.

Belə ki, Tərlan Əhmədov heyvanı vurmamaq məqsədilə həmin vaxt saatda 37 km sürətlə idarə etdiyi avtomobilin sükanını kənara yönəldib, nəticədə nəqliyyat vasitəsinin ön sol təkəri yoldakı çuxura düşüb, idarəetmə itirilib və avtomobil yaxınlıqdakı işıq dirəyinə çırpılıb”.

ADY-dən, həmçinin bildirilib ki, hadisə barədə aidiyyəti üzrə məlumat verilib.

 


Oxunub 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh