Aeroport yolunda ağır qəza olub, ölən var - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib, qəza nəticəsində həyatını itirmiş sürücü, İmanov Mansur Güləxan oğlunun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bayılda idarəetmədən çıxan avtomobil binanın həyətinə düşdü - FOTO
Bakı-Qazax yolunda ağır qəza: SÜRÜCÜ HƏYATINI İTİRDİ - VİDEO
Xırdalanda yolu müəyyən olunmamış yerdən keçən piyada vuruldu - VİDEO
Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var
Ağdaşda "TIR”la “Mercedes” toqquşdu - Sürücü öldü - FOTO
Qayda pozan sürücü yol ayrıcında mopedi belə vurdu - ANBAAN VİDEO
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü - FOTO
Bərdədə asfalta dağılan yağ qəzaya səbəb oldu - VİDEO
Qəzada ölən 17 yaşlı Yusifin FOTOLARI
Gəncə-Daşkəsən yolunda qəza olub - Xəsarət alanlar var - FOTOLAR
Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil çuxura düşdü - VİDEO










