Aeroport yolunda qəzaya uğrayan motosiklet alışıb kül oldu, sürücü.. - VİDEO

Qəzalar 15 İyul 2024 16:55 Oxunub 1744
Aeroport yolunda qəzaya uğrayan motosiklet alışıb kül oldu,  sürücü..  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayonu Aeroport şosesində motosiklet yanaraq yararsız hala düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Sabunçu körpüsünün yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan motosikletin sürücüsü anidən idarəetməni itirərək qəzaya uğrayıb. Daha sonra nəqliyyat vasitəsi alışmağa başlayıb. Şahidlərin iddiasına görə, yanğın, qəzalı motosikletin yanacaq sistemindəki nasazlıqdan qaynaqlanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub və uzun cəhdlərdən sonra yanğının qarşısı alınıb.

Qeyd edək ki, qəza zamanı moto sürücü yüngül xəsarətlər alıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh