Aeroport yolunda zəncirvari qəza - 3 yaralı+Fotolar

Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Baş verən zəncirvari qəzada "Chevrolet", "Mercedes" və "Jiquli" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları ilə yanaşı təcili yardım briqadaları cəlb olunub. Polis aeroport yolunun bir hissəsini təhlükəsizlik məqsədilə bağlayıb. Daha sonra təcili yardım maşınları yaralıları hadisə yerindən götürərək yaxınlıqdakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Hüseynova Leyla Teymur qızı, 1995-ci il təvəllüdlü Hüseynova Nərgiz Çingiz qızı, 1989-cu il təvəllüdlü Qocayev Bəxtiyar Süleyman oğlu, 1990-cı il təvəllüdlü Orucov Zamin Ruslan oğlu və 1989-cu il təvəllüdlü Şirinov Fuad Oqtay oğluna dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağının səbəb olması göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.





Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










