Aeroport yolunu qaçaraq keçməyə çalışan piyadanı MAŞIN VURDU – ANBAAN VİDEO

Bakının ən işlək yollarından birində - Aeroport yolunda qəza baş verib.
Avtosfer.az xəbər verir ki, təxminən 50 metr məsafədə yerüstü keçid olmasına baxmayaraq, bir piyada avtomobillərin intensiv hərəkət etdiyi yolda yolun ortasından keçməyə cəhd edib. Hadisə zamanı sürücü avtomobili qəfil daqyandırmağa çalışsa da, qadın piyadanı vurub.

Digər tərəfdə isə üzü şəhər istiqamətinə hərəkət edən cip model avtomobilin idarəçisi maşını uzun məsafədə geriyə hərəkt etdirib. Bununla da bir növ qəza şəraiti yaradıb.
Avtosfer.az xəbər verir ki, bu kimi hadisələrlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev də vətəndaşlara müraciət edib. O, yolda baş verən qəzaların bir çoxunun məhz bu cür ehtiyatsızlıqdan qaynaqlandığını vurğulayıb:
“Qaydaya əməl edilmədi – həyat yarım qaldı.
Bir saniyəlik ehtiyatsızlıq – bir ömrün dayanma nöqtəsi oldu.
Bəzən bir qaydanın pozulması, bir ailənin faciəsi ilə nəticələnir.
Yolda hər addım ya həyatdır, ya da son.
Unutma:
Diqqətsizlik – səbəbdir.
Tələskənlik – riskdir.
Laqeydlik – ölümdür”.
Rövşən Tağıyev bildirib ki, sürücülər qədər piyadalar da yol hərəkəti iştirakçısıdır və hər bir şəxs öz davranışı ilə həm özünün, həm də başqalarının taleyinə təsir edir.
Eltac Zülfüqaroğlu
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü












