Aeroportun uçuş zalında YANĞIN

Argentinanın paytaxtı Buenos-Ayres şəhərinin Xorxe Nyuberi Beynəlxalq Hava Limanında bazar ertəsi axşam baş verən yanğın nəticəsində sərnişinlər və personal üzvləri təxliyə olunub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, aeroportun təhlükəsizlik xidməti hava limanının işinin müvəqqəti olaraq dayandırıldığını elan ediblər. "Xorxe Nyuberi hava limanı hazırda nəzarətə götürülən yanğın səbəbindən növbəti xəbərdarlığa qədər işini dayandırıb. Komanda-dispetçer məntəqəsi zərər çəkməyib", - deyə aeroportun təhlükəsizlik xidməti öz "Twitter" mikrobloqunda yazıb. İnsident zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən hava limanına eniş etməli olan bütün təyyarələr Buenos-Ayres ətrafında yerləşən Eseysa Beynəlxalq Aeroportuna yönləndirilir. İlkin məlumatlara görə, yanğın uçuş zalında başlayıb. Hazırda onun səbəbləri araşdırılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












