Ağcabədidə AĞIR QƏZA: ÖLƏN və yaralılar var

Qəzalar 21 Aprel 2026 13:36
Ağcabədidə AĞIR QƏZA: ÖLƏN  və yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb./oxu.az

Oxunub : 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh