Ağcabədidə avtomobil qəzası: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan dörd kişi oktyabrın 25-də saat 12 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***19:18
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Ağcabədi şəhəri ərazisində qeydə alınıb.
Hadisə zamanı sərnişin mikroavtobusu ilə "Niva" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












