Ağcabədidə avtomobillər toqquşdu, xəsarət alanlar var

Qəzalar 15 Mart 2026 11:00
Ağcabədidə avtomobillər toqquşdu, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a  istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.

Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi VAZ-2106 markalı avtomobil yol kənarındakı dərəyə aşıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh