Ağcabədidə qəza olub: Ölən və yaralanan var - FOTO - YENİLƏNİB

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünün sınığı diaqnozu təyin olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir"./oxu.az
***
Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə rayonun Hindarx qəsəbəsi və Hüsnülü kəndi arasında qeydə alınıb.
Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az
***16:24
Ağcabədidə iki minik avtomobili toqquşub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda maşın kanala aşdı - 6 nəfər yaralandı - FOTO - YENİLƏNİB
Mingəçevirdə "BMW" və "Opel" toqquşdu - Xəsarət alanlar var
Ağstafada "07" dirəyə çırpıldı - Xəsarət alan var - VİDEO
Vətən müharibəsi veteranı avtoqəzada həlak olub - FOTO
Bakıda avtomobillər toqquşdu, biri qəbirə çırpıldı - VİDEO
Bakıda “BMW” "Audi" ilə toqquşdu; avtomobillərdən biri yandı - FOTO
Bayram günü Neftçalada FACİƏ: İki qardaş qəzada öldü - FOTO - YENİLƏNİB
Gəncədə qəza baş verdi: 5 NƏFƏR... - FOTO
Türkiyədə avtobus qəzası: 2 ölü, 19 yaralı
Sumqayıtda ağır QƏZA: "Mercedes" aşdı, sürücü ÖLDÜ
İsmayıllıda AĞIR QƏZA: ÖLƏN var












