Ağcabədidə ağır qəza: ölən və yaralananlar var – FOTO + VİDEO

Qəzalar 26 İyun 2024 18:00 Oxunub 446
Ağcabədidə ağır qəza:  ölən və yaralananlar var – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin hələki şəxsiyyəti müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.


Mənbə: “Bizim.Media”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh