Ağdamda ağır qəza - 2 ölü, 4 yaralı - ADLAR - FOTO

Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın xəbərinə görə, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb. Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb. Faktla bağlı araşdırma aparılır.
***
Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. Ölənlərdən biri “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət (soyadı dəqiqləşdirilir) adlı şəxsdir. Qəza zamanı avtomobildə olan sərniş 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova və onun azyaşlı övladları, 2016-cı il təvəllüdlü Seymur Rəhimli və 2015-ci il təvəllüdlü Sevgi Rəhimli ağır xəsarətlər alıblar. İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir. Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir. Faktla bağlı araşdırma aparılır.

Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












