Ağdamda ağır yol qəzası baş verib, 4 yaralı var - FOTO

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Əfətli kəndinin ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Qazel” markalı yük maşını toqquşub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Deformasiyaya uğramış yük maşınında qalan sürücü xilas edilərək xəstəxanaya çatdırılıb. Minik avtomobilinin sürücüsü və iki sərnişini də müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Məmmədovun və Ağdam rayon sakini Nemət Əliyevin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər iki xəsarət alan şəxs isə vəziyyətləri qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB














