Ağdamda avtomobilin vurduğu 6 yaşlı məktəbli ölüb - YENİLƏNİB

Ağdamda avtomobillə vurulan 6 yaşlı məktəbli xəstəxanada dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Həkimlər ağır xəsarətlər alan azyaşlını xilas edə bilməyiblər.
Qeyd edək ki, hadisə bu gün Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi “VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.
Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
**
15:02
Ağdamda 6 yaşlı məktəblini maşın vurub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi “VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.
Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının verdiyi xəbərə görə, xəsarət alan qızın vəziyyəti orta-ağırdır.
Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, E. Təhməzlinin idarə etdiyi maşın onun dayısı Vüqar Allahverdiyevə məxsusdur.
Faktla bağlı araşdırma davam edir.
**
13:47
Ağdamda avtomobil 6 yaşlı məktəblini vurub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün Quzanlı qəsəbəsində qeydə alınıb.
Birinci sinif şagirdi Məmmədova Zəhra Mayis qızı yolu keçəndə “VAZ 2101” markalı avtomobillə vurulub. 6 yaşlı qız ağır bədən xəsarətləri alıb. Təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan məktəblinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Hadisəni törədən sürücünün də xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilir.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO














