Ağdamda maşınla üç bacını və 4 yaşlı uşağı vurdu - YENİLƏNİB

Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyunun 18-də saat 23:00-da dörd nəfər (bir kişi, üç qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, hadisə VAZ-2106 avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində ötən gün baş verib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.
***09:18
Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
***
Qəzada xəsarət alanların kimliyi məlum olub.
Belə ki, qəza nəticəsində üçü bacı olmaqla 1979-cu il təvəllüdlü Mələk Rüstəm qızı Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Rüstəm qızı Hümbətova, 1981-ci il təvəllüdlü Məhbubə Rüstəm qızı Zeynalova və 4 yaşlı Etibar Kənan oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR











