Ağdamda qəza oldu, yaralılar var - FOTO - YENİLƏNİB

Ağdamda baş vermiş qəzada xəsarət alanların adları məlum olub.
Avtosfer.az xəbər verir ki, onlar 1971-ci təvəllüdlü Xosrov Xəlil oğlu Bayramov, 1974-cü il təvəllüdlü Gültəkin Ayxan qızı Bayramova, 1999-cu il təvəllüdlü Teyyubə Xosrov qızı Bayramova, 1961-ci il təvəllüdlü Laləzar Mirzə qızı Mehralıyeva və 1969-cu il təvəllüdlü Nazilə Kəriş qızı Qarayevadır.
Yaralılardan üçü - Bayramova Gültəkin, Bayramova Teyyubə və Bayramova Laləzara Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüblər.(oxu.az)
***19:32
Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, rayonun Çəmənli kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən cıxaraq yol kənarındakı elektrik xəttinə, daha sonra isə yol kənarındakı beton hasara çırpılaraq hərəkətdə olan "KİA" markalı avtomobillə toqquşub.
Qəza zamanı "Toyota" da olan sürücü də daxil olmaqla 4 nəfər xəsarət alaraq, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO












