Ağdamda yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb - FOTO

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağdam-Xankəndi yolunun Ağdam rayon Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar əraziyə çağırılan təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
***
Ağdamda baş vermiş qəzada yaralananların kimliyi məlum olub. Məlumata görə, bunlar Şükürov Yaşar Vəliyəddin oğlu, Quliyev Cəmaləddin Kərəm oğlu, Tağıyev Niyaməddin Tofiq oğlu, Məmmədov Emin İsmət oğlu və Əsgərov Vaqif Nurəddin oğludur. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***
Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 26.07.2025-ci il tarixində saat 20:10 radələrində 5 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu haqda TƏBİB-in açıqlamasında məlumat verilib. Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağırdır.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












