Ağdamda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

Ağdam rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Hindarx-Quzanlı yolunun 3-cü kilometrliyində qeydə alınıb. Baharlı qəsəbə sakini Ülvan Kərimovun idarə etdiyi “VAZ 2107” markalı, 09 EH 596 dövlət nömrə nişanlı minik avtomobili Səfərli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Bayramov Bakir Şakir oğlunu vurub. Hadisə zamanı “VAZ 2107”nin sürücüsü idarəetməni itirib və avtomobil qarşıdan gələn Əhmədov Sadəddinə məxsus “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə Ü. Kərimov və yolu keçən B. Bayramov ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB













