Ağdaşda 50 yaşlı kişini avtomobil vuraraq qaçıb

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dekabrın 23-də gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Nemətabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum minik avtomobili yolu keçən Yevlax rayonunun Qaraoğlan kənd sakini, 1967-ci il təvəllüdlü Bəkirov Qara Damət oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Q.Bəkirov ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədərək qaçan sürücünün tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












