Ağdaşda avtomobil aşıb, sərnişin ölüb

Ağdaşda avtomobilin aşması nəticəsində bir nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu gün axşam saat 8 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü, 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Ağdaş Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. "Martın 20-si saat 20:00-da Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bir nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1995-ci il təvəllüdlü şəxsə döş qəfəsinin travması, hər iki bud-çanaq nahiyəsində ağrı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












