Ağdaşda avtomobil qatara çırpıldı: Yaralılar var - YENİLƏNİB

"May ayının 28-i saat 23:55-də Ləki stansiyasının ərazisində yük qatarı hərəkətdə olarkən "Mercedes-Benz" markalı minik avtomobili dəmiryol keçidinin bağlı vəziyyətdə olmasına baxmayaraq, keçiddən istifadə qaydalarını pozaraq qatara çırpılıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.
O, sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırıb: "Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 29-da saat 00:20 -də Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər (hər biri kişi cinsli olmaqla) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib:
"1988, 1992, 1994 və 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları və travmaları diaqnozları təyin edilib. Xəsarət alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib və hər biri ambulator müalicə üçün evə buraxılıb".
***09:06
Ağdaşda avtomobil dəmiryolu keçidində qatara çırpılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib. Minik avtomobilinin qatarla toqquşması zamanı ilkin məlumata görə 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub.Faktla bağlı araşdırma başlanıb.
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR










