Ağdaşda sərnişin avtobusu avtomobillə toqquşub

Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Mingəçevirlə Zərdab rayonunun Bıçaqçı kəndi arasında daimi sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə Ağdaş rayonunun Pirəzə kəndi ərazisində baş verib. Belə ki, Ağdaş rayon sakini Füzuli Aslanovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun Kotavan kənd sakini Atamoğlan Şirinovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşması nəticəsində yol qəzası baş verib. Xoşbəxtlikdən avtobus son reysi başa vurub yenidən Ağdaşa dönərkən qeydə alınıb. Bu səbəbdən də avtobusda cəmi bir neçə sərnişin olub. Hər iki avtomobilin sürücü və sərnişinləri yüngül xəsarət alıblar.
Faktla bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır.
Report
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












