Ağdaşda "VAZ-2106" ağaca çırpıldı - YENİLƏNİB

Ağdaşda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Avtosfer.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Avqustun 4-ü saat 23:00 radələrində Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1989 və 1998-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları və travmaları diaqnozları təyin olunub, hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta-ağır qiymətləndirilən şəxslərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.
***
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunda baş verib.
VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan, Ağdaş rayonunun Türyançay qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Namiq Elxan oğlu Abdullayev və 1989-cu il təvəllüdlü Nurlan Nadir oğlu Səfərov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.














