Ağdaşdakı ağır qəza: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır - YENİLƏNİB

Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, qəza zamanı yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub.
Qəza nəticəsində "Qazel"in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Məlumata görə, "Qazel" markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fotoda: Eldar Tağıyev

Fotoda: Rauf Hacıyev
***
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub. Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












