Ağdərədə "Niva" aşdı: Xəsarət alanlar var - YENİLƏNİB

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri açıqlanıb.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 16-da saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdərə rayonu, Həsənriz yolundan çağırış qeydə alınıb:
"Çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin də müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir".
***10:18
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində hərəkətdə olan "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












