Ağır qəza: Avtomobil “BMW” ilə toqquşaraq yoldan keçən piyadanı vurdu - DİN-dən AÇIQLAMA - VİDEO

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 1-i saat 13:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2108” markalı maşın “BMW” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzanın baş verməsində səbəbkar "VAZ" sürücüsü olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Sürücülər arasında xəsarət alan olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev Avtosfer.az-a bildirib ki, qəzaya səbəb "VAZ"ın sürücüsünün manevr qaydasını pozması olub. Həmçinin DİN rəsmisi hadisə zamanı yoldan keçən piyadanın yüngül xəsarət aldığını və ambulator müalicədən sonra evə buraxıldığını əlavə edib.
Qeyd edək ki, qəzayla bağlı təhqiqatlar davam edir.
Nərmin
Xaçmazda “Opel”lə toqquşan “VAZ” səkiyə çıxdı - VİDEO
Bakı-Sumqayıt yolunda qəza: “Opel” “Changan”a çırpıldı - REAL VİDEO
Sükan arxasında telefonla oynayan sürücü qəza törətdi - ANBAAN VİDEO
İcarəyə götürdüyü maşında yuxulayıb qəza törətdi, qızı öldü
Həcc ziyarətindən bir gün sonra qəzada öldü - Digər sürücü həbs olundu - FOTO
Qəbələdə maşın aşdı - Sürücü öldü - YENİLƏNİB
"Martda ata olacaqdı, sevinə-sevinə işə gedirdi" - Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu - VİDEO
Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən və xəsarət alanlar var - FOTOLAR
Neftçalada baş verən qəzada azyaşlı öldü, qardaşı yaralandı
Ağdaşda avtomobilin vurduğu piyada öldü
“Moped və motosikletlə oyuncaq kimi davrandıqları üçün qəzalar artır” - EKSPERT











