Ağır qəza BAŞ VERDİ: Xəsarət alan var - YENİLƏNİB

İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən hadisədə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) 20 iyul saat 08:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sağ baldır sümüklərinin diafizinin yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsə zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilib./oxu.az
***10:41
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 07:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü İlham Rəsul oğlu Məmmədovun idarə etdiyi "Lexus" markalı, 77-FG-393 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












