Ağır qəza iki nəfərin həyatına son qoydu, yaralılar var - VİDEO

Minik avtomobillərinin toqquşması ölümlə nəticələnib. Ağır qəza Zərdabın Məmmədqasımlı kəndində baş verib. 68 yaşlı Raquf İbadovun idarə etdiyi minik avtomobili başqa bir minik maşını ilə toqquşub. Bir nəfər sərnişin, rayonun Gödəkqobu kənd sakini, 17 yaşlı Xitmət Seyidov hadisə yerində ölüb. Sürücü Raquf İbadov və sərnişinləri-17 yaşlı Raya Babayeva və həmyaşıdı Mehri Mürşüdova müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Şəmkirdə baş verən qəzada da 1 nəfər dünyasını dəyişib. Hadisə Bakı-Qazax magistralının Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Bakı sakini Rövşən Məmmədovun idarət etdiyi minik avtomobili Gəncə sakini, 54 yaşlı Mahir Məmmədovun minik maşını ilə toqquşub. Sürücü Mahir Məmmədov hadisə yerində ölüb. Onun avtomobilində olan bir rnəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












