Ağır qəza nəticəsində 9 nəfər ölüb - Stavropolda

Rusiyanın Stavropol diyarında iki minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə “ria novosti”yə bölgə üzrə yol polisi idarəsindən bildirilib. “Koçubey rayonu ərazisində gecə bir radələrində “Lada Priora” markalı minik avtomobili qarşı hərəkət zolağında çıxaraq “Ford Scorpio” markalı avtomobillə toqquşub. “Lada Priora”-da 5 nəfər, “Ford Scorpio”-da 4 nəfər olub. Avtomobillərdə olan şəxslərin hamısı hadisə yerində ölüb”, - deyə məlumatda bildirilir. Yol polisindən həmçinin bildirilib ki, “Lada Priora” minik avtomobilinin 46 yaşlı sürücüsü əvvəllər 20 dəfədən çox yol hərəkəti qaydalarını pozub, sonuncu dəfə isə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












