Ağır qəza - Qadın öldü, azyaşlı yaralandı - YENİLƏNİB

Ağstafa rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində ağır xəsarətlər almış Səlminaz Tağıyeva yerindəcə dünyasını dəyişib. Onun ailə üzvləri Əvəz Tağıyev və azyaşlı Tunar Tağıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
***
Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub. APA-nın veridyi məlumata görə qəzanı törədən şəxs Ağstafa rayon sakin, 1992-ci il təvəllüdlü Rəşad Nazim oğlu İsmayılovdur. O, idarə etdiyi “VAZ-2105” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 3 piyadanı vurub. Piyadalardan Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Tağıyeva Səlminaz hadisə yerində ölüb, onun oğlu 1983-cü il təvəllüdlü Tağıyev Əvəz və nəvəsi, 2001-ci təvəllüdlü Tağıyev Tunar isə müxtəlif dərəcələri xəsarətlərlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












