Ağır qəzada ölən Cavid vəzifəli şəxsin oğlu imiş - FOTO - VİDEO

Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş.
Avtosfer.az xəbər verir ki, idarə etdiyi “BMW X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.
Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib.
Qeyd edək ki, “BMW X5” əvvəlcə öz yolu ilə gedən maşınla toqquşub, daha sonra yoldan çıxaraq hasara və ağaca çırpılıb.
C. Mürsəlov xəstəxanaya aparılarkən yolda ölüb. Həmin maşında olan sərnişin, 26 yaşlı Ruslan Rüstəmov, “VAZ 2106”da olanlar - 22 yaşlı Orucov İdris Rahib oğlu və 22 yaşlı Orucov Ələkbər Ələsdan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan R. Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.
Qafqazinfo
Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya düşüb - FOTO
Azərbaycanda QƏZA: 1000-dən çox abonent QAZSIZ QALDI
Bakıda AĞIR QƏZA: Avtomobildə sıxılı vəziyyətdə qalan qadın XİLAS EDİLDİ - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edən sürücü qəza törətdi; maşın duracağa, özü isə... - VİDEO
Kürdəmirdə dəhşətli anlar: Yaşlı kişi yük maşınının altında qaldı - ANBAAN VİDEO
“Bağırov” körpüsünün üzərində qəza - Borular yola dağıldı - VİDEO
Prospektdə qəza: “Chevrolet” və “Nissan” toqquşdu - VİDEO
Yük maşını dayanmış avtobusu belə vurdu - DYP görüntüləri yaydı - VİDEO
Salyanda qəzaya düşən avtomobil YANDI - VİDEO - YENİLƏNİB
Sürücü sükanda yuxuladı - “Kamaz” marşrut avtobusuna çırpıldı - FOTO - YENİLƏNİB
Bakıda qəza - Ölən var











