Ağır qəzada sürücü yaralandı, azyaşlı oğlunun beli sındı - VİDEO
Qəzalar
25 Dekabr 2023 18:07
Oxunub 868

Marneuli rayonunun Şulaveri kəndində yük maşınlarının toqquşmasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl (23 dekabr) saat 05:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük maşını “TIR”a çırpılıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “Ford” sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə yük maşını yol kənarında dayanan “TIR”a çırpılaraq yararsız vəziyyətə düşüb. Sürücü müxtəlif bədən xəsarətləri alıb. Sərnişin qismində olan azyaşlı oğlunun beli sınıb. Həmçinin yük maşınında olan meyvələr yola səpələnib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













