Ağır qəzada yaralanan üçüncü şəxs də öldü - - VİDEO

09:49
Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 120-ci kilometrliyində Oğuzun Bucaq kəndi ərazisində baş verən yol qəzasında ağır yaralanan şəxs, 1988-ci il təvəllüdlü Allahverdiyev Elşən Əhliyad oğlu dünyasını dəyişib. Əvvəlcə Oğuz Mərkəzi Rayon Xəstəxanasında, daha sonra isə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsində aparılan bütün yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb.
---------
09:19
Avtosfer.az kanals-ə istinadən xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 120-ci kilometrliyində, Oğuzun Bucaq kəndi ərazisində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 90 NC 945 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobilin sürücüsü, 1974-cü il təvəllüdlü, Oğuzun Malıx kənd sakini Abbasov Rövşən Kamal oğlu idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Kərimov Məhyəddin Nəriman oğlu hadisə yerindəcə keçiniblər. Avtomobildə olan digər sərnişin, 1988-ci il təvəllüdlü Allahverdiyev Elşən Əhliyad oğlu ağır yaralanıb. Deformasiyaya uğramış avtomobildən meyitləri və yaralını çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər. Onlar əzilmiş avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım əməkdaşlarına təhvil verilib. Meyitlər müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib. Yaralı isə əvvəlcə Oğuz Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Şəki Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya ilkin səbəb kimi idarəetmənin itirilməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO










