Ağır qəzanın dəhşətli görüntüləri yayıldı: 8 maşın toqquşdu, 4 yaralı – VİDEO

Zəncirvari qəzada 4 nəfər yaralanıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektlə "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil körpünün üstündə idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı beton yol ayrıcına çırpılıb. Bundan sonra arxadan gələn avtomobillər zəncirvari şəkildə toqquşub. Qəzada "VAZ 2106", "VAZ 21015", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Əraziyə yol polisi əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















