Ağır xəsarət alan yaralı Bakıya göndərilib

Beyləqanda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan Ağstafa rayon sakini, 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Bakıya göndərilib. Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov deyib. O bildirib ki, vəziyyəti ağır olduğundan G.Əhmədova Bakıdan çağırılmış həkim qrupu ilə paytaxt xəstəxanalarının birinə göndərilib. Onun sözlərinə görə, G. Əhmədova cərrahiyyə əməliyyatı edilərək dalağı götürülüb.
Xatırladaq ki, dünən Beyləqan rayonu ərazisində Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlunun idarə etdiyi “QAZ” markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri yanğını söndürüblər. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N. Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958-ci təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. G.Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












